TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri DGKA-da

IMG_6791-1.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov Türk Standartları İnstitutunun (TSİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ilə görüşüb. Görüşdə Akademiya ilə TSİ arasında əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən araztv.com-a verilən məlumata görə, Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunmasının vacibliyini bildirən Qulu Novruzov hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini bildirib.
TSİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu DGKA-da beynəlxalq standartların tətbiqinə dair görülən işlərdən məmnunluğunu ifadə edərək, təmsil etdiyi qurumun Akademiya ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Gülhan Yüzereroğlu Akademiyanın fəaliyyətinin inkişafında TSİ-nin hər cür dəstək olmağa hazır olduğunu bildirib.

[bt_slider uid=”1543309359-5bfd082f343ff” target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/IMG_6791-1.jpg” title=”IMG_6791-1.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG_6816.JPG” title=”IMG_6816.JPG” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG_6804.JPG” title=”IMG_6804.JPG” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG_6812.JPG” title=”IMG_6812.JPG” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/IMG_6796.JPG” title=”IMG_6796.JPG” link=”” parent_tag=”slider”][/bt_slider]

 

araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir