Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

araztv.com xəbər verir ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb. (Report)

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir