Sumqayıtda tanınmış iş adamı dünyasını dəyişib

araztv.com xəbər verir ki, Sumqayıt şəhərində tanınmış iş adamı Nəcəfov Mais İsmayıl oğlu 68 yaşında dünyasını dəyişib.
İş adamı insultdan vəfat edib.

Qeyd edək ki, Nəcəfov Mais İsmayıl oğlu 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.
O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.

1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən Məscid onun təşəbbüsü ilə inşa olunub.
İş adamının bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Allah rəhmət eləsin!

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir