Gürcüstanın əslən azərbaycanlı qadın boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

araztv.com Report.az-ın yerli bürosuna istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində R.İsmayılova finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.

Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medala sahib olub (75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə Lana Bolkvadze isə bürünc medal əldə edib).

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir