Xərçəngin qarşısını almaq üçün ən ucuz menyu

Düzgün pəhrizin seçilməsi bir sıra xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını ala bilər. 

araztv.com xəbər verir ki, bunu Birinci Kanalda yayımlanan “Sağlam yaşa!” verilişinin efirində danışan terapevt Yelena Malışeva oftalmoloq Mixail Konovalov və kardioloq German Qandelman deyib.

Həkimlər pəhrizə sarımsaqlı tomat pastası əlavə edilməli olduğunu söyləyiblər.

Həkimlərin fikrincə, bu yemək xərçəngin inkişaf riskini effektiv şəkildə azaldır. Həkimlər deyiblər ki, sarımsaq pomidorun tərkibində olan faydalı likopen maddəsinin sorulmasını gücləndirir. Likopen isə döş və prostat xərçənginin yaranmasının qarşısını alır.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir