“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

Müştərilərinin istəklərinə uyğun xidmətlər təqdim edən “Nar” Novruz tətilini xaricdə keçirənlər üçün sərfəli rouminq paketləri təklif edir.

“Nar”dan araztv.com-a daxil olan məlumatda bildirilir ki,  səyahət zamanı ünsiyyəti daha yaxın edən “Nar”ın ən çox üstünlük verilən rouminq paketi “Rouminq 18”dir. Bu paket müştərilərə 1 GB rouminq interneti və ölkə xaricində olarkən WhatsApp-da pulsuz yazışma təqdim edir. “Nar”ın digər rouminq paketləri haqqında məlumatı nar.az/rouminq bölməsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir