Ardıcıl 5 gün iş OLMAYACAQ

Bu gündən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan ayı başlayır.

araztv.com   xəbər verir ki, Ramazan bayramının aprel ayının 10-11-nə təsadüf edəcəyi gözlənilir.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün – aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir