“Növbədənkənar seçki keçirilsə, Ərdoğan yenidən namizəd ola bilər” – Bəkir Bozdağ

“Bu seçki, cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, onun son seçkisidir”.

araztv.com   xəbər verir ki, bunu Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ “X” səhifəsində yazıb.

O bildirib ki, bunun səbəbi Konstitusiyaya görə prezidentin səlahiyyət müddətinin beş il olmasıdır:

“Bir şəxs ən çox iki dəfə prezident seçilə bilər.

Lakin Konstitusiyaya görə, əgər parlament prezidentin ikinci müddətində seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, prezident yenidən namizəd ola bilər.

Konstitusiyanın bu müddəasına görə, Türkiyə Böyük Millət Məclisi növbədənkənar seçkilər barədə qərar verərsə, üçüncü dəfə prezidentliyə namizəd olmaq prezidentimiz Rəcəb Tayyib Ərdoğanın konstitusion haqqıdır.

Sabahın nə gətirəcəyi bilinmir. Ola bilsin ki, yeri gələndə Türkiyə Böyük Millət Məclisi (TBMM) prezidentimizin yenidən namizəd olmasına zəmin yaradaraq, seçkilərin yenilənməsinə qərar verə bilər”, – B. Bozdağ bildirib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir