Naftalanda “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib.

araztv.com  bildirir ki,  AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlara, daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər. Azərbaycanlılara qarşı soyqırımının tarixi ilə bağlı videoçarx nümayiş olunub.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən tədbirlər həyata keçirilib, bu məsələ hər zaman diqqət mərkəzində saxlanılıb.

Həmçinin dəyirmi masa ətrafında icmanın fəaliyyəti ilə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.

Sonda Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi diqqətə və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə dövlət başçısına dərin minnətdarlıq ifadə olunub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir