“AzerGold” QSC Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını təbrik edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Daşkəsən rayonunda qeydiyyatda olan şəhid anaları ziyarət edilib.

araztv.com   xəbər verir ki, QSC-nin yerli əhali və icmalarla iş prioritet istiqaməti çərçivəsində təşkil edilən ziyarətin məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların hərtərəfli qayğı ilə əhatələnməsi istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Ziyarət zamanı şəhid anaları, həmçinin xanım vərəsələrinə Cəmiyyət adından təbrik məktubu, gül buketi və hədiyyə kartı təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir