Taksi “Qaraçuxur”da çuxura düşdü – FOTO

21541999600.jpg

Bu gün saat 07:50 radələrində Bakının “Qaraçaxur” qəsəbəsi, İlqar Musayev küçəsində taksi xidmətinə məxsus avtomobilin iştirakı ilə qəza baş verib.

Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, *8555 taksi xidmətinə məxsus “Daewoo Nexia” markalı avtomobil ərazidə aparılan təmir işlərilə bağlı qazılan çuxura düşüb.

İlkin ehtimala görə, hadisə gecədən yağan yağış səbəbilə yolda yaranan sürüşkənlik və sürücünün diqqətsizliyi üzündən baş verib.

Qeyd edək ki, çuxur “Azərsu” ASC tərəfindən qazılıb. “Azərsu” ASC-nin əməkdaşları, həmçinin yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub. Həmçinin, hazırda ərazidə tıxac müşahidə edilir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir