Əmək müqaviləsi ilə bağlı yeni qayda: 3 ildən artıq…

Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər.

araztv.com xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Belə ki, Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir