Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda 12 avtobusun hərəkət sxemi dəyişir

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

araztv.com    xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir