Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə nə baş verir? – RƏSMİ

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

araztv.com-ın xəbərinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Musavat.com-a bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb.

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq”, – açıqlamada deyilir.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir