Türkiyənin yeni radar sistemi: 24 saat qoruyacaq!

Türkiyədə yaradılan yerli istehsal radar ölkənin bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək.

araztv.com  xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib.

Onun sözlərinə görə, türkiyəli mühəndislər tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı ölkənin cənub-şərqində Qaziantep hava limanında quraşdırılıb:

“Fərqli ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində 1 milyon kvadrat kilometrlik ərazidə bütün Türkiyə hava sahəsi gecə-gündüz izlənəcək.

Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı bütün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına cavab verir”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir