Ermənistan bir gündə 4 əsgərini itirdi – əsgərləri daşıyan yük maşını Qubadlı yolunda aşdı

e548181d369d44f386bf292db603564e.jpgNoyabrın 7-də Ermənistan ordusunun 4 hərbçisi ölüb.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, hərbçilərin yük maşını günorta çağı, Gorus rayonu ərazisində qəzaya uğrayb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan faktı təsdiqləyib.

Ölən hərbçilərin adları da açıqlanıb.

2017-ci ildə hərbi xidmətə çağrılan hərbçilər aşağıdakılardır:

Ayrapet Nairyan (1998, Erebuni), Qrant Qasparyan (1998, Şaumyan), Edqar Unanyan (1998, Razdan), David Melkonyan (1998, Talin)

Digər bir məlumata görə, erməni hərbçilər Gorus-Qubadlı yolunun 39-cu km-liyində qəzaya uğrayıblar. Çoxlu sayda yaralıların olduğu da bildirilir.

Qeyd edək ki, bu gün Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində hərbi təlimlər keçirib. Çox güman ki, qəzaya uğrayan maşın hərbçiləri təlimlərə gətirirmiş.

 araztv.com

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir