İcra hakimiyyətinin qarşısında səs-küy salan bloqqer həbs edildi

Qazax rayonunda bloqqer həbs olunub.

araztv.com-ın məlumatına görə, bloqqerliklə məşğul olan Elnur Quliyev rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək səs-küy salıb və etiraz edib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunaraq məhkəməyə çıxarılıb.

Qazax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 10 günlük inzibati həbs qərarı seçilib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir