Sürücülər diqqətli olsun – Buna görə cərimə oluna bilərsiniz: 80 manat, 3 bal – VİDEO

Bəziləri düşünür ki, qarşıda konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsi (məsələn: traktor) hərəkət edirsə, 1.1 nişanlanma xəttini, yəni bütöv xətti tapdalayaraq onu ötüb keçmək olar.

araztv.com    xəbər verir ki, bu fikir yanlışdır.

Belə ki, qarşıda gedən konstruksiyasına görə maksimum sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsi mümkün qədər sağa çəkilməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Bu cür vəziyyətdə 1.1 nişanlanma xəttini təklikdə və ya 3.20 “ötmək qadağandır” nişanı ilə birgə tətbiq edildikdə xətti kəsib keçərək ötmək qayda pozuntusudur və cəriməsi 80 manat, 3 baldır.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir