Yevlax Rayon İcra başçısı məcburi köçkünlərə çadırda yaşamağa da imkan vermir – VİDEO

Qoca-Semedov.jpg

Kəlbəcərdən olan bir qrup məcburi köçkün məskunlaşdığı ərazidən çıxarılır.

Azerbaycanrealligi.com xəbər verir ki, Şikayətçilər bu haqqda CEBHE TV-yə bildiriblər ki, 1993-cü ildən bəri Yevlax rayonu “28 aprel” savxozu adlanan ərazidə yaşayırlar. Ancaq indi İcra Hakimiyyəti onları ərazini boşaltmağa çağırıb. İcra Hakimiyyətinin başçısı Qoca Səmədov köçkünlərlə söhbətində həmin ərazində “AqroPark” tikiləcəyini deyib.

Məcburi köçkünlər isə başqa yaşayış yerlərinin olmadığını, İcra Hakimiyyətinin də onları yerlə təmin etmədiyini bildirib.

 [bt_youtube url=”https://youtu.be/rRb48HfzKAU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir