Sidik kisəsindən toyuq yumurtası boyda daş çıxarıldı

Başqırdıstanda kişi qarın ağrısı, tez-tez sidiyə getmə və sidikdə qan şikayətləri ilə xəstəxanaya müraciət edib. 

araztv.com  xarici mətbuata istinadən xəbər verir ki, Salavat şəhər xəstəxanasında xəstənin sidik kisəsindən toyuq yumurtası boyda daş çıxarılıb.

Şikayətlər, xəstəlik tarixçəsi, obyektiv müayinə və ultrasəs müayinəsi əsasında xəstəyə prostat vəzinin hiperplaziyası diaqnozu qoyulub. Həkimlər cərrahiyyə əməliyyatı – sistolitotomiya (sidik kisəsindən daşın çıxarılması) qərarına gəliblər. Əməliyyat uğurla keçib, heç bir fəsad olmayıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir