Murad Dadaşov əl çalanda qolu çıxıb? — Açıqlama verdi..

Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaradıb.

Mənbəyi göstərilməyən paylaşımlarda iddia olunur ki, guya Murad Dadaşov ötən gün prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb.

araztv.com bildirir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib:

“Sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur, boş məlumatdır. Hər şey əladır. Sizə və əzizlərinizə can sağlığı və gözəl əhval-ruhiyyə arzulayıram. Maraqlandığınız üçün də təşəkkür edirəm”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir