Polis maşınlarına GPS yerləşdirən qadın həbs edildi

Çində nəqliyyat şirkətinin sahibi polis avtomobillərinə GPS izləyiciləri quraşdırdığı üçün həbs edilib.

araztv.com  xarici mediaya istinadla bildirir ki, o, bunu sürücülərinə yoxlamalardan yayınmağa kömək etmək üçün edib.

Mütəxəssislər gündəlik texniki qulluq zamanı avtomobilin şassisinə yapışdırılmış qara qutu tapanda qadın ifşa olunub. Sonrakı araşdırma 11 avtomobildən altısının eyni izləmə qurğusuna malik olduğunu müəyyən edib.

Nəqliyyat parkına sahib olan Zhu soyadlı sahibkar, sürücülərinə yoxlamalardan qaçmaq üçün cihazları quraşdırdığını etiraf edib. Qadın mobil proqramdan istifadə edərək zabitlərin koordinatlarını işçilərə ötürə bilib ki, onlar marşrutlarını dəyişsinlər.

Nəticədə məhkəmə çinli qadını səkkiz sutka həbs və 70 dollar cərimə ödəməyə məhkum edib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir