Bakıda 11 min dollar tapan şəhid xanımından nümunəvi addım

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.

araztv.com  bildirir ki, Şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir