Milyardlıq dələduzluq edən keçmiş deputat axtarışa verildi

Rusiyanın Krasnoyarsk diyarının qanunvericilik məclisinin keçmiş deputatı Roman Qoldman Daxili İşlər Nazirliyi tərəfindən dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilib.

araztv.com   yerli KİV-ə istinadla bildirir ki, Qoldmana qiyabi ittiham irəli sürülüb, onun qiyabi həbsi üçün materiallar məhkəməyə göndəriləcək.

2023-cü ilin dekabrında Krasnoyarsk diyarında keçmiş deputatın dəyəri bir milyard yarım rubldan çox olan əmlakına həbs qoyulub. Bəzi mənbələrin məlumatına görə, onun özü isə Türkiyədədir.

Cinayət işinin başlanmasına səbəb Qoldmana məxsus kənd təsərrüfatı krediti istehlak kooperativinin 1000-dən çox səhmdarının müraciəti olub. Səhmdarlara dəyən zərərin ilkin məbləği bir milyard rubldan (təxminən 18 milyon 800 min manat) çoxdur.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir