Kirayə haqqına görə vergini ev sahibi ödəməlidir, yoxsa kirayədə qalan şəxs?

Valyuta.az kirayə götürülən zaman kirayə haqqına görə verginin kimin ödəməsi ilə bağlı vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:

araztv.com bildirir ki,  bəzi hallarda şəxslər kirayə götürdüyü evlə bağlı müqavilə bağlayarkən kirayə müqaviləsində kirayə haqqına görə vergi ödəmə öhdəliyi kirayə götürənin üzərinə qoyulur. Halbuki, qanunvericilik bunun əksini deyir. Belə ki, kirayəyə götürən şəxs həmin mənzili yaşayış məqsədilə kirayə götürür və vergi orqanına vergi ödəyicisi kimi uçotda deyilsə, bu halda mənzili kirayə verən şəxs özü vergi orqanında uçota düşməlidir və illik gəlir vergisi bəyannaməsi təqdim edərək aldığı məbləğdən gəlir vergisi ödəməlidir. Əgər mənzili kirayə götürən şəxs vergi orqanına uçotdadır və mənzildən sahibkarlıq fəaliyyəti üçün istifadə edirsə, vergini kirayə götürən ödəməlidir”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir