Bu məhsulun ixracı artıb, gəliri azalıb

2023-cü ildə Azərbaycan 11 min 187 ton miqdarında, 31 milyon 285 min ABŞ dolları dəyərində pambıq ipliyi ixrac edib.

araztv.com   Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə 2 min 564 ton (30%) çox, dəyər ifadəsi ilə 1 milyon 834 min ABŞ dolları (5.5%) azdır. 2022-ci ildə bu rəqəmlər 8 min 623 ton miqdarında, 33 milyon 119 min ABŞ dolları dəyərində olub.

2023-cü ildə iplik pambığın bir tonu 2796 dollara satılıb ki, bu da əvvəlki illə müqayisədə 27%, yaxud da 1044 dollar azdır.

2022-ci ildə iplik pambığın bir tonu 3840 dollara satılıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir