Nazirliyin zavodundakı partlayışda xəsarət alanların ADLARI

Şirvan şəhərində zavodda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin şəxsiyyəti məlum olub.

araztv.com-ın əldə etdiyi məlumata görə, xəsarət alan şəxslər Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Elçin Babayev “sol əlin kəsilmiş yarası”, 2001-ci il təvəllüdlü İsmayıl Muradov “alın kəsiyinin çapıq yarası”, 1999-cu il təvəllüdlü Məhəmməd İmanov isə “qulaqda küy” diaqnozu ilə xəstəxanaya qəbul ediliblər. Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda qəfil partlayış olub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir