Ronaldo özünə yeni avtomobil aldı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının 38 yaşlı hücumçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

araztv.com  xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “Ferrari Purosangue” markalı avtomobilin qiyməti 466 min avrodur.
Ronaldonun maşın qalareyasında həmçinin “Bugatti Chiron”, “Bugatti Veyron Grand”, “Ferrari Monza” və “McLaren Senna” avtomobilləri də var.
Qeyd edək ki, Ronaldo “Əl Nəsr” klubunda 2023-cü ildən oynayır. Onun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ronaldonun transfer qiyməti 15 milyon avrodur.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir