Məşhur iş adamı Rusiya vətəndaşlığından imtina etdi

“Texnosila”nın keçmiş sahibi Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib.

araztv.com   “Kommersant”a istinadən xəbər verir ki, o, ölkə ilə əlaqəsini kəsib

Kokoriç əlavə edib ki, Rusiya pasportundan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.

Qeyd edək ki, “Texnosila” elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti “Dauria Aerospace”i təsis edib. Daha sonra ABŞ və Avropada bir neçə kosmik startap yaradıb.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir