Vətəndaşlarla MTK-lar arasında problem yaradan əsas səbəblər hansılardır?

Arbitrum Vəkil Bürosunun rəhbəri Polad Mehdi vətəndaşlarla MTK-lar arasında yaranan problemlərə münasibət bildirib.

araztv.com  xəbər verir ki, arb telekanalına müsahibə verən vəkil problemləri bir neçə qrupa ayırıb. Vəkil bu problemləri əsasən aşağıdakı kimi quruplaşdırıb:

1. Vətəndaşların köçürülməsi zamanı yaranan problemlər;

-Vətəndaşlarla tam razılaşma olmadan ərazinin sökülməsi,

– mənzillərin dəyərinin müəyyən edilməsi qaydası,

– mənzillərin vətəndaşlardan alınması qaydası,

– köhnə mənzillərin yeni tikiləcək mənzillərlə əvəzləşdirilməsi qaydası,

– bina inşa edilənədək vətəndaşlara kirayə pullarının verilməsindəki çətinliklər.

2. Binanın inşası zamanı vəd edilən şərtlərin yerinə yetirilməməsi ilə əlaqədar yaranan problemlər;

– müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi,

– binanın zamanında təhvil verilməməsi,

– mənzillərin razılaşmada nəzərdə tutulan ölçüdən daha az ölçüdə təhvil verilməsi (arakəsmə divarlarının və şaxtaların sahənin ölçüsünə daxil etmələri).

3. Vətəndaşların MTK-lara payçı olduqları (alqı-satqı etdikləri) zaman yaranan problemlər;

-MTK tərəfindən mənzillər alqı-satqı edilə bilməz, şəxs MTK-ya payçı ola bilər,

– bir mənzilin bir neçə adama “satılması”,

– şəxs mənzilini digər birinə “satdığı” zaman MTK-lar tərəfindən əlavə ödənişin tələb edilməsi.

4. MTK-ların idarə edilməsilə əlaqədar yaranan problemlər;

– MTK-lar binanı idarə edə bilməzlər, bu qanunvericiliyə ziddir.

Mövzu çox geniş və aktualdır. Bu sahədəki problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələrə ehtiyac vardır.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir