Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir – İş Ali Məhkəmədədir

Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.

araztv.com qaynarinfo-ya istinadən bildirir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.

Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.

Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.

ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib.

Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir