IAvtomobili 15 dəqiqəyə sənədləşdirmək olur: Polisə getmədən nömrə də almaq mümkündür

Ukraynada bu gündən etibarən avtomobillərin onlayn alqı-satqı sistemi işə düşüb. 

araztv.com   xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski məlumat verib.
Rəsmi medianın xəbərinə görə, alqı-satqı müqaviləsinin tərtibi “Дія” portalı vasitəsi ilə həyata keçirilir. Elektron müqavilə və ərizə DİN-in servis mərkəzinə göndərilir. Müsbət cavabdan sonra nömrə nişanı və qeydiyyat şəhadətnaməsi avtomobil sahibinin ünvanına poçtla yollanır. Bütün ödənişlər onlayn həyata keçirilir. Proses 10-15 dəqiqə çəkir.
Lakin bir məsələ də var: proqram vasitəsi ilə hər ukraynalı ildə yalnız 1 avtomobil sata bilər.
Satış mərkəzlərinə gəldikdə isə, onlar artıq uzun müddətdir sənədləşməni ofisdə aparır, müştərinin polisə getməyinə zərurət yoxdur. Üstəgəl, bu əməliyyatlar zamanı notarial hərəkətə də ehtiyac aradan qalxıb. Müştəri satış müqaviləsində sənədləşməni dilerə və ya distribütora həvalə etdiyini qeyd edir, vəssalam.

 

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir