Bu gəlirlər bu gündən vergidən azad edildi

“Bu gündən etibarən “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək”.

araztv.com  Musavat.com-a istinadən  xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial media hesabında yazıb.

Vüqar_Bayramov.jpg (3.90 MB)

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşib və hüquqi bazası formalaşdırılıb:

“Bu, həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənməsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.

ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır”.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir