Maaş və pensiyalarla bağlı sevindirici xəbər – Yanvarın 1-dən… – VİDEO

2023-cü ilin bitməsinə az qalıb. Vətəndaşların bütün sahələrdə yeni ildən gözləntiləri çoxdur.

Bəs, görəsən növbəti il kimlərin maaş və pensiyaları artacaq?

araztv.com  xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Xəzər TV-yə bildirib ki, cari ildə olduğu kimi, gələn ildə də bir sıra sahələr üzrə əməkhaqlarında artımlar nəzərdə tutulur.

Millət vəkili deyib ki, gələn il dövlət sektorundakı artımlara uyğun olaraq, özəl müəssisələrdə işləyənlərin də maaşlarında dəyişiklik gözlənilir.

Qeyd edək ki, yanvarın 1-dən etibarən ehtiyac meyarı 246 manatdan 270 manata qədər artırılır. Minimum əməkhaqqı isə 345 manat olacaq.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir