Azərbaycanda yeni koalisiya yaradıldı

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Novella Cəfərovoğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədilə “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasını təsis ediblər.

araztv.com  xəbər verir ki, bu barədə təsisçilərin yaydıqları bəyənatda qeyd olunub.

“Koalisiyanın işində tanınmış ekspert və politoloqlardan ibarət qrup, peşəkar müşahidəçilər fəaliyyət göstərəcək. Koalisiya seçkinin bütün mərhələlərinin monitorinqini apararaq aralıq, seçki günü və yekun hesabatlar hazırlayıb ictimaiyyətə təqdim edəcək”, – qeyd olunub.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir