Tələbələr soyuqdan şikayətçidir

Bakı Dövlət Universtetinin bir qrup tələbəsi təhsil aldıqları otaqda istiliyin olmamasından şikayətçidir. Fizika fakültəsində oxuyan I kurs tələbələrinin valideynləri övladlarının soyuqdan əziyyət çəkdiyini bildirir. 

araztv.com-ın xəbərinə görə, “Qafqazinfo”ya müraciət edən bir neçə valideyn bildirib ki, universitetdə qətiyyən istilik sistemi yoxdur: “Tələbələr müəllimə və qrupun dekanına “siniflər çox soyuqdur” deyəndə müəllimlər məsləhət görür ki, “şokalad yeyin, üşüməzsiniz”. Bundan başqa, qrupda təhsil alan tələbələrdən 6-sı hazırda qızılcaya tutulub”.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə sorğu ünvanladıq. Universitetdən müraciətimizə cavab olaraq bildirildi ki, tələbələrin qızılcaya tutulması ilə bağlı iddialar həqiqəti əks etdirmir. BDU-dan verilən açıqlamaya görə, universitetin bütün korpuslarında istilik var.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir