Demoqrafik böhran: ermənilər sürətlə azalır

ermenistan1.jpg 

Ermənistan əhalisinin sayı 2018-ci ilin 1 yanvarında 2 972,9 milyon nəfər olub.

araztv.com xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Milli Statistika Xidməti yayıb. Statistika Xidməti bu göstəricinin keçən ilin analoji dövrü ilə müqayisədə 13,2 min nəfər az olduğunu bildirib. Buna səbəb mənfi miqrasiya saldosunun əhalinin artım tempini üstələməsi olub.

Belə ki, son 3 il ərzində ölkədə mənfi miqrasiya saldosu 25,9 min nəfərdən 23,5 min nəfərə qədər azalıb. Bununla belə, artım da 13,9 min nəfərdən 10,3 min nəfərə qədər aşağı düşüb.

2017-ci il ərzində Ermənistanda doğulan körpələrin sayı 7,1% azalıb. Ölüm halları isə 3% artıb.

Şəhərlərdə yaşayan ermənilərin sayı 1 895,8 milyon nəfərə çatıb. Bu əhalinin 1 076,4 milyon nəfəri isə İrəvanın payına düşüb. Ölkədəki kəndlərdə yaşayan əhalinin sayı 7,6 min nəfər azalıb və 1 077,1 milyon nəfərə çatıb.Axar.az

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir