Qışda sağlam qalmaq üçün bu qidaları yeyin

Amerika Ürək Assosiasiyasının və inteqrativ sağlamlıq, təhsil və tədqiqatlara həsr olunmuş tibb mərkəzi olan Mayo Klinikasının mütəxəssisləri qışda sağlam qalmaq üçün kifayət qədər meyvə və tərəvəz yeməyi məsləhət görürlər. 

araztv.com  xarici mətbuata istinadən xəbər verir ki, meyvə və tərəvəzlərin tərkibində sağlamlıq üçün faydalı olan lif, vitaminlər, minerallar və antioksidant birləşmələr var. Antioksidant birləşmələr orqanizmin hüceyrələrini oksidləşmə nəticəsində zədələnmədən qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə gündə beş porsiya meyvə və tərəvəz istehlak etməyi tövsiyə edir.
Qeyd olunur ki, mövsümə uyğun meyvə və tərəvəz – naringi, portağal, armud, yerkökü, çuğundur yemək daha yaxşıdır. Sitrus meyvələri və armudun tərkibində immuniteti qorumaq üçün vacib olan C vitamini var.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir