Ruminiyada, Resita bələdiyyəsi tərəfindən “Semenic Turist zonasının inkişaf etdirilməsi” üzrə təşkil olunan tenderin qalibləri müəyyən olunub.
araztv.com Marja.az-a istinadən xəbər verir ki, ölkədə “Semenic” dağ-xizək zonasında 15 km yaxın sürüşmə zolağının və 1 kanat yolunun layihələndirilməsi və tikintisi nəzərdə tutlub. Bununla əlaqədar keçirilən tenderə dünyanın bu sahədə ən nüfuzlu şirkətləri qatılıb. Tender Komissiyasının qərarına görə, “ArchiCO (Azərbaycan) – Dimex 2000 (Ruminiya) -Supersnow (Polşa)” alyansı tenderin qalibi elan olunub.
“ArchiCO Engineering Company” (“ArchiCO” MMC) 2009-cu ildən Azərbaycanda mühəndislik xidmətləri həyata keçirir. Şirkət dağ xizək zonalarının layihələndirilməsi, sürüşmə zolaqlarının, kanat yollarının, süni qaryaratma sistemlərinin tikinti quraşdırma işlərində böyük təcrübəyə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarına malikdir.
araz.az xəbər portalı.