Qranada görüşünün ləğvinə Paşinyandan ilk REAKSİYA

“Qranadada planlaşdırılan beştərəfli görüş baş tutmayacaq”.

araztv.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Lakin Ermənistan nümayəndə heyəti İspaniyaya gedəcək. Biz çox konstruktiv və nikbin idik, razılaşma əldə etmək şansımızın olduğunu düşünürdük. Yenə də ümid edirik ki, sülh sənədi imzalanacaq”, – Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqının iştirakı ilə Qranadada keçirilməsi nəzərdə tutulan beştərəfli görüşdən imtina edib. Səbəb kimi tərəflərdən bəzilərinin Türkiyənin iştirakına razı olmaması, Fransanın Azərbaycana qarşı yolverilməz hərəkətləri, masada anti-Azərbaycan ab-havasının yaradılması göstərilir. /globalinfo.az/

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir