Rəsmi Moskvadan ABŞ-ın “Qarabağda beynəlxalq missiya olmalıdır” bəyanatına reaksiya: “Azərbaycanın razılığı gərəkdir”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Qarabağda beynəlxalq bir missiya olmalıdır, bu məsələ ilə bağlı müttəfiqlərimizlə işləyirik” bəyanatına rəsmi Moskvadan gözlənilən operativ reaksiya verilib.

araztv.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Qarabağa missiya göndərmək niyyəti ilə bağlı konkret bir addım görmədiklərini deyib.

Putinin sözçüsü əlavə edib ki, hazırkı zamanda buna nə ehtiyac, nə də zərurət var: “Digər tərəfdən, Qarabağla bağlı istənilən missiya yalnız Azərbaycan tərəfinin rəsmi razılığı ilə mövcud ola bilər. Hələlik biz bu mövzuda konkret vəziyyət görə bilmirik. Dediyim kimi, istənilən missiya üçün mütləq Azərbaycanın razılığı olmalıdır”.

Peskov Rusiyanın ABŞ-dan fərqli olaraq Qarabağ prosesində birbaşa iştirak etdiyini xatırladıb: “Rusiyanın Qarabağ prosesi ilə qarşılıqlı əlaqə səviyyəsini və bizim orada iştirakımızı ABŞ-la müqayisə etmək mümkün deyil. Eyni sözləri bizim Qarabağ prosesində də faktiki iştirakımız haqqında da demək olar, bu, müqayisə olunmazdır”.

Kremlin sözçüsü bildirib ki, Rusiya sülhməramlıları bölgədə hazırda mühüm rol oynayırlar: “Bu, belə də davam edəcək”.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir