Təlim çərçivəsində jurnalistlərin “Samur” gömrük postuna səfəri təşkil olunub

IMG_D98B8C-76CB85-B8C90B-54AA78-D6A195-BC0FA8.jpg

Sentyabrın 26-da kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna səfər edib.

Tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün təşkil etdiyi “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim çərçivəsində baş tutub.

Öncə media nümayəndələrinə “Samur” gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verilib. Jurnalistlər idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük-sərhəd keçid məntəqəsində gömrükçülərlə birlikdə gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.

araztv.com

IMG_3AF56A-05E8BB-F6D403-5633D8-475B6C-103DCD.jpg

IMG_1C039D-4033AA-B0C45F-21D47C-7F6BA0-93930A.jpg

IMG_93F85D-BD8890-517902-BC1FB8-993984-B4DCBB.jpg

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir