Azərbaycanda mobil operatorların gəlirləri yarım milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.

araztv.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 13,7 faiz artaraq, 1715,3 milyon manat təşkil edib ki, onun da 75,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 38,2 faizi və ya 654,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir