Bu ölkənin jurnalistləri də milyonçudur – Müxbir futbolçuya bahalı saat bağışladı (FOTO)

“Liverpul”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasına keçən Fabinyo  3-0 qalib gəldikləri “Əl Raed” matçından sonra maraqlı anla qarşılaşıb.

araztv.com xarici mətbuata istinadla xəbər verir ki, oyundan sonra səudiyyəli jurnalist İbrahim Əl-Faryan Fabinyoya məşhur brend olan bahalı qol saatı hədiyyə edib.

Saatın markasını görən braziliyalı futbolçu təəccüblənib və ona dəfələrlə təşəkkür edib.

Məlumata görə, bağışlanan saatın 40 min dollara yaxın qiyməti var.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir