Ən böyük arzusunu reallaşdırdı- “İt olmaq” üçün 14 min dollar xərclədi – FOTO

Uşaqlıqdan bəri ən böyük arzusu (“it olmaq”) üçün Yaponiyada yaşayan Toko-san adlı şəxs minlərlə dollar xərcləyib.

araztv.com “New York Post” a istinadən xəbər verir ki, arzusuna nail olan yaponun son görüntüsü Toko adlı 32 min abunəçisi olan “YouTube” hesabında paylaşılıb və qısa zamanda sosial medianın ən çox danışılan kanallarından birinə çevrilib .

“Border Collie” itinə bənzər kostyumla bu arzusunu reallaşdıran adam 14 min 161 dollarından keçməli olub.

“İbtidai məktəb məzuniyyət kitabımda it olmaq və çöldə gəzmək istədiyimi yazdığımı xatırlayıram”,- Toko deyib.

2 milyona yaxın insanın izlədiyi videoya minlərlə şərh yazılıb.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir