Penitensiar sistemdə rüşvətə MÜVƏQQƏTİ QADAĞA… – daimi olaydı kaş…

Bir neçə gün əvvəl Penitensiar Xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov cəzaçəkmə müəssisələrində məhbuslarla görüşə gələn yaxınlarından qeyri-leqal tələb olunan pulu qadağan edib.

araztv.com bildirir ki, bu barədə gununsesi.info-ya Penitensiar Xidmətdən bildirilib.
Qeyd edək ki, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində məhbuslarla görüş üçün 30-50 manat arasında rüşvət tələb olunurdu.

Penitensiar Xidmət rəisinin bu qadağasının nə zamana kimi davam edəcəyini isə zaman göstərəcək.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir