Rusiya Azərbaycandan aparılan 47,2 ton pomidoru və 14 ton çiyələyi geri qaytardı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası üzrə İdarəsi Azərbaycandan 61,2 ton bitki məhsulunun ixracına qadağa qoyub.

Rusiyaya ixrac edilən 3 partiya – 47,2 ton təzə pomidor və 1 partiya – 14 ton təzə çiyələk saxlanılıb.

“Yük avtomobilləri idxal edilən ölkəyə geri qaytarılıb”, – “Rosselxoznadzor” qeyd edib.

Məhsulun geri qaytarılmasına – fitosanitar sertifikatlara düzəlişlər edilməsi, həmçinin etiket məlumatlarının fitosanitar sertifikatlarla uyğun gəlməməsi səbəb olub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir