Milli Mətbuat Günü münasibətilə Qərbi Azərbaycan İcmasında media nümayəndələri ilə görüş olub

Milli Mətbuat Günü münasibətilə iyulun 20-də Qərbi Azərbaycan İcmasında media nümayəndələri ilə görüş keçirilib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və Qadınlar Şurasının sədr müavini, Əməkdar jurnalist Telli Pənahqızı media nümayəndələrini Mətbuat Günü münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Əziz Ələkbərli son altı ay ərzində media nümayəndələri ilə birlikdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda xeyli işin görüldüyünü bildirib.

Sonda mətbuat nümayəndələrinə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir