Jurnalist Azadə Balayevaya vəzifə verildi

Azade-Babayeva.jpgSpace televiziyası “Hər Gün” xəbərlər xidmətinə müdir təyin edilib.

araztv.com xəbər verir ki, bu gün “Space” Müstəqil Teleradio MMC-nin prezidenti Vaqif Mustafayevin əmri ilə, tanınmış jurnalist Azadə Balayeva xəbərlər xidmətinə müdir vəzifəsinə gətirilib.

Məlumatı Unikal.org-a Azadə Balayevə təsdiqləyib.

Qeyd edək ki, “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Şirbağırovun işdən ayrılması ilə 2 ildir ki, müdir vəzifəsi boş idi.

Redaksiyamız adından və öz adımdan tələbə yoldaşım Azadə xanımı bu məsul vəzifəyə təyinatı münasibəti ilə ürəkdən təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar diləyirik!

Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun rəhbəri.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir