DƏHŞƏT: DÜNYADA HƏR 8 KİŞİDƏN VƏ 11 QADINDAN BİRİ BU İL XƏRÇƏNGDƏN ÖLƏCƏK

2018-09-13-18-18-09xer.jpgÜmumdünya Səhiyyə Təşkilatı 2018-ci ilin ən dəhşətli açıqlamalarından birini verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki,bu il 9,6 milyon insan xərçəng xəstəliyindən öləcək və 18,1 milyon insan xərçəngə yoluxacaq.

Məlumata görə, dünyada hər 8 kişidən və 11 qadından biri bu il xərçəngdən öləcək.

Qeyd edilib ki, dünyada son 5 ildə 43,8 milyon xərçəng xəstəsi qeydə alınıb.

Məlumatda xərçəngin artmasına səbəb kimi əhali artımı, yaşıllıqların azalması və digər iqtisadi və sosial faktorlar göstərilib.

Dünyada xərçəng faktlarının 23,4, ölüm hallarının 20,3 faizi Avropada, ən çox xərçəng səbəbilə ölümlərin isə 60 faizi Asiya qitəsində baş verdiyi qeyd edilib.

Hesabatda Avropa qitəsinin əhalisinin, dünya əhalisinin 9 faizini təşkil etdiyi, Amerika qitəsində xərçəng faktlarının 21, bu xəstəlikdən ölənlərin isə 14,4 faiz olduğu bildirilib.

Qeyd edək ki, hesabat 185 ölkədən əldə edilən məlumatlar əsasında hazırlanıb. Və bildirilib ki, dünyada hər 5 kişidən və 6 qadından biri xərçəngə yoluxacaq.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir